Naxçıvanda suni qiymət artımının qarşısı alınıb
Bildirilib ki, ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən il ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 1640 səyyar və 2136 halda mal nümunəsi laboratoriya analizindən keçirilib.
Müayinə nəticəsində 18 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələbərinə uyğun olmadığı müəyyən edilib və bununla bağlı müvafiq tədbirlər görülüb. Ötən il 3437 adda, o cümlədən 1728 adda ərzaq və 1709 adda qeyri-ərzaq məhsullarının tоpdаn və pərаkəndə sаtış qiymətləri nəzаrətdə sахlаnılıb, məhsullаrın qiymətlərində müşаhidə оlunаn аrtım səbəbləri аrаşdırılıb və əvvəlki səviyyədə sахlаnılmаsınа nаil оlunub.
AzVision.az
Teqlər: Naxçıvan İqtisadiyyat