“Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll olunmalıdır” - Britaniya səfiri

“Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll olunmalıdır” - Britaniya səfiri
  15 Mart 2018    Oxunub:2387
Böyük Britaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Ermənistandakı səfiri Cudit Farnout deyib.

Diplomatın sözlərinə görə, problemin həllində irəliləyişə nail olmaq üçün münaqişə tərəflərinin cəmiyyətlərində sülhün bərqərar olmasının mümkünlüyü ilə bağlı fikir möhkəmlənməlidir:

“Dağlıq Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında, sülh yolu ilə həll olunmalıdır və ATƏT-in Minsk qrupunun bu istiqamətdə səylərini dəstəkləyirik”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qarabağ   Britaniya   ATƏT  





Xəbər lenti