Binəli Yıldırım Qarabağa görə BMT və ATƏT-i tənqid etdi

Binəli Yıldırım Qarabağa görə BMT və ATƏT-i tənqid etdi
  15 Mart 2018    Oxunub:1869
"Qarabağ illərdir Azərbaycanın qanayan yarasıdır".

AzVision.az bunu Türkiyənin Baş naziri Binəli Yıldırım “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
B.Yıldırım bildirib ki, BMT, ATƏT-in Minsk qrupu və bir çox beynəlxalq təşkilat bu haqsızlığı qəbul etdiyi halda, problemin həll edilməsi üçün heç bir addım atmırlar.

Türkiyənin Baş naziri gec-tez haqq-ədalətin öz yerini tapacağına əmin olduğunu vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Binəli-Yıldırım   Türkiyə   Baş-Nazir  





Xəbər lenti