İlham Əliyevin Sumqayıt səfəri başa çatıb

İlham Əliyevin Sumqayıt səfəri başa çatıb
  03 Oktyabr 2013    Oxunub:1125
Preziden İlham Əliyev Sumqayıta səfəri başa çatıb.

Ölkə başçısı 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilib.

Sonra Azərbaycan Prezidenti Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olub. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev (ARDNŞ) meydanda görülmüş abadlıq işləri barədə məlumat verib.

Dövlət başçısı Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev deyib ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunub.

Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesini izlədi və hazır məhsullara baxdı.Sonra dövlətimizin başçısı dəyirman kompleksi və taxıl anbarını işə salıb, Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib ki, park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür.

Dövlət başçısı inşaatçılarla görüşdü, onlara uğurlar arzuladı. Prezident İlham Əliyev Sumqayıtda metal boru zavodunun açılışında da iştirak edib, zavodu işə salıb, istehsal prosesini izləyib.

Bununla da Prezident İlham Əliyevin Sumqayıta səfəri başa çatıb.



Teqlər:





Xəbər lenti