ABŞ səfiri Azərbaycanı tərk edir

ABŞ səfiri Azərbaycanı tərk edir
  15 Mart 2018    Oxunub:1829
ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.

AzVision.az xəbər verir ki, bunu “İnterfax Azərbaycan” saytına səfir özü deyib. “Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, - R.Sekuta bildirib.
Sekuta deyib ki, Azərbaycanı martın sonunda tərk edəcək. O, həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.

Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.

AzVision.az


Teqlər: ABŞ   Səfir   Sekuta  





Xəbər lenti