Daşınar əmlakın yüklülüyünün dövlət reyestri təqdim olunub

Daşınar əmlakın yüklülüyünün dövlət reyestri təqdim olunub
  15 Mart 2018    Oxunub:1961
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, Palatanın baş icraçı direktoru İbrahim Alışov çıxışında 2016-2017-ci illər ərzində dövlət təşkilatları, publik hüquqi şəxslər , habelə maliyyə bazarlarının iştirakçıları tərəfindən ölkə prezidentinin müəyyən etdiyi iqtisadi siyasətin icrası nəticəsində müsbət iqtisadi meyllərin yarandığını, inflyasiyanın azaldığını, milli valyutanın məzənnəsinin sabitləşdiyini, bank sektoruna kapital qoyuluşunun təmin edildiyini, əmanətlərin artdığınıvə əhalinin maliyyə sektoruna etimadının bərpa olunduğunu bildirib.

İ.Alışanov vurğulayıb ki, maliyyə bazarlarına etimadın bərpası və kredit aktivliyinin artırılması istiqamətində aparılmış xüsusi əhəmiyyətli institutsional islahatlar Azərbaycan İpoteka Və Kredit Zəmanət Fondunun və Özəl kredit Bürosunun yaradılması olub. Daşınar əmlakın yüklülüyünün reyestrinin formalaşdırılmasının maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağı qeyd olunub.

Reyestrin əsas fəaliyyət prinsiplərinin dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmin edilməsi, yüklü əmlakın təkrar istifafəsinin məhdudlaşdırılması, yüklü edilmiş əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılması olduğunu qeyd edən baş icraçı direktor sözügedən reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olacağını vurğulayıb.

İ.Alışov qeyd edib ki, reysetrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxsləri daşınar əmlaklarını reystrdə yüklü etməklə kredit təşkilatlarından vəsait cəlb etməsini stimullaşdıracaq. Bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti