Azərbaycan-İran arasında Anlaşma Memorandumu imzalanıb
Anlaşma Memorandumunda iqtisadiyyat, ticarət, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, bankçılıq, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, gömrük və sərhəd, su və ətraf mühit, idman və gənclər, elm və təhsil, səhiyyə, mədəniyyət və turizm və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Sənəddə Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığı bir daha vurğulanıb və hər iki ölkənin fiziki və hüquqi şəxslərinin fəaliyyətlərini bu prinsiplərə və milli qanunvericiliyə uyğun olaraq təmin etməsi də əksini tapıb.
AzVision.az
Teqlər: Azərbaycan İran Memorandum