Çavuşoğlunun ABŞ-a səfəri təxirə salındı

Çavuşoğlunun ABŞ-a səfəri təxirə salındı
  15 Mart 2018    Oxunub:1249
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 19-a planlaşdırılan ABŞ səfəri təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. İddia edilir ki, səfərin təxirə salınması Reks Tillersonun dövlət katibi vəzifəsindən istefaya göndərilməsi ilə əlaqədardır.

Qeyd edək ki, M.Çavuşoğlunun səfəri zamanı Menbiç məsələsinin xüsusi müzakirəsi gözlənilirdi.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   Çavuşoğlu   Tramp  





Xəbər lenti