Gəncədəki mitinqdə Cəmil Həsənlinin səhhəti pisləşib

Gəncədəki mitinqdə Cəmil Həsənlinin səhhəti pisləşib
  03 Oktyabr 2013    Oxunub:1178
`Mitinqdə cəmi 120-ə yaxın adam var idi`.
Bu gün Gəncədə Milli Şuranın mitinqi keçirildi. Mitinqdə iştirak edən sakinlər AzVision.az-a bildiriblər ki, mitinq 1 saat davam edəcəyi halda, cəmi yarım saat sürüb.

“Bizə deyilmişdi ki, mitinq 1 saat olacaq, amma 30 dəqiqə oldu. Mitinqə veteranlar da gəlmişdi, onlar Cəmil Həsənliyə sual vermək istədilər. Lakin, Əli Kərimli və başqaları buna icazə vermədilər. Dedilər ki, vaxtımız yoxdur”.

Görüşdə iştirak edən vətəndaşlar qeyd edirlər ki, görüş zamanı Cəmil Həsənlinin səhhəti də normal deyildi və o özünü yaxşı hiss etmirdi: “Cəmil Həsənli görüş zamanı özünü yaxşı hiss etmirdi, ayaqda dura bilmirdi. Onlar vətəndaşların sualını cavablandırmadan, oradan qaçıb getdilər və heç kimə cavab vermədilər. Halbuki, görüşə veteranlar da gəlmişdi və Milli Şura üzvlərinə sual vermək istəyirdilər”.

Sakinlərin sözlərinə görə, mitinqdə cəmi 120-ə yaxın adam var idi.






Teqlər:  





Xəbər lenti