Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb
  15 Mart 2018    Oxunub:1375
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Martin Şuster keçiriblər.

AzVision.az


Teqlər: Monitorinq   Cəbhə   ATƏT   MN  





Xəbər lenti