Gürcüstan XİN: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Gürcüstan XİN: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
  15 Mart 2018    Oxunub:2208
"Azərbaycanla əməkdaşlığımız ilbəil artır. Biz tərəfdaşlarımıza Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərinə görə təşəkkür edirik"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan- Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşün yekunlarına dair birgə keçirilən mətbuat konfransında Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze bildirib.

"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu, regionda sabitliyin və sülhün təmin olunması baxımından olduqca önəmlidir. Münaqişələrin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Biz bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırıq", - deyə nazir bildirib.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan, Türkiyə və İrandan Gürcüstana gələn turistlərin sayı hər il artır: "Bizim ölkələrin nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün olduqca böyük potensialımız var. Cənub-Qərb yolu nəqliyyat dəhlizi Avropa və Asiyanı birləşdirəcək böyük layihədir. Biz ümid edirik ki, növbəti görüşdə praktiki işlərdən danışacağıq".

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: XİN   Gürcüstan   Mixeil-Canelidze  





Xəbər lenti