“Bizi Azərbaycanla tarixi əlaqələr bağlayır” - Zərif

“Bizi Azərbaycanla tarixi əlaqələr bağlayır” - Zərif
  15 Mart 2018    Oxunub:1330
"Azərbaycan - İran- Gürcüstan-Türkiyəni mədəni və tarixi əlaqələr bağlayır. Bu dörd ölkə beynəlxalq hüquqa ehtiram və ölkələrin ərazi bütövlüyünə hörmət edir"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan- Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşün yekunlarına dair birgə keçirilən mətbuat konfransında İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Biz iclasda enerji, tranzit, turizm sahələrində əməkdaşlığı müzakirə etdik. Cənub Qərb nəqliyyat dəhlizi vasitəsilə Hind okeanı ilə Aralıq dənizini birləşdirməyi planlaşdırırıq. Hazırda dörd ölkə arasında turizm sahəsində əməkdaşlıq var. İran və Gürcüstan arasında viza rejimi ləğv olunub. Azərbaycana gələn iranlılar aeroportda viza alırlar. Ümumiyyətlə, ölkələr arasında əməkdaşlıq regionda sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək", - deyə İranın XİN rəhbəri vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   XİN   Nazir  





Xəbər lenti