“Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq” - Çavuşoğlu

“Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq” - Çavuşoğlu
  15 Mart 2018    Oxunub:1342
“Yeni yaranmış format önəmli infrastruktur layihələrini həyata keçirməyə imkan verəcək”.

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Gürcüstan və İrandan olan həmkarları ilə dördtərəfli görüşdə deyib.
Onun sözlərinə görə, Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu münasibət genişlənməkdə davam edir: “Bu format bizə ticarət dövriyyəmizi artırmağa, ölkələrimizə investisiya yatırmağa imkan verəcək. Növbəti görüşdə konkret layihələrə köklənəcəyik və konkret layihələr barədə danışacağıq. Yeni format sülh və sabitliyə töhfə verəcək. Başda bu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq.

Bütün sahələrdə əlaqələri, əsasən də, iqtisadi əlaqələri daha da genişləndirəcəyik. Həm ticarət, həm investisiya, həm də xalqlar arasında əlaqələri inkişaf etdirmək üçün nəqliyyat şəbəkəsini genişləndirmək vacibdir. Bu format gələcək layihələr üçün önəmlidir”, - deyə o qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkiyə   XİN  





Xəbər lenti