Rusiya ingilis diplomatları ölkədən qovur
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Lavrov rusiyalı diplomatların Londondan qovulmasına adekvat addım atılacağını deyib.
Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.
AzVision.az