Binəli Yıldırım terrorçuların Qarabağa yerləşdirilməsindən danışdı

Binəli Yıldırım terrorçuların Qarabağa yerləşdirilməsindən danışdı
  15 Mart 2018    Oxunub:2012
Türkiyənin Baş naziri Binəli Yıldırım Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində PKK terror təşkilatının üzvlərinin yerləşdirilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
AzVision.az xəbər verir ki, Binəli Yıldırımın sözlərinə görə, Azərbaycanla Türkiyə regional təhlükəsizliyin təmin olunmasında, terrorizmlə mübarizədə birgə əməkdaşlıq edir:

“Dağlıq Qarabağ Azərbaycanın haqlı məsələsidir. Azərbaycanda soyqırım törədilib və Ermənistan buna görə cavab verməlidir. Buraya (Dağlıq Qarabağ-red) terrorçuların yerləşdirilməsi yekun nəticəyə təsir etməyəcək. Əgər dost və qardaş Azərbaycana, ya da Türkiyəyə qarşı terror təhdidi baş versə, qarşılığı mütləq olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Türkiyə   Qarabağ   PKK  





Xəbər lenti