Birinci vitse-prezident xoşməramlı səfirlə görüşüb

Birinci vitse-prezident xoşməramlı səfirlə görüşüb
  15 Mart 2018    Oxunub:1274
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 15-də ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, xanım Marianna Vardinoyannis ilə görüşü olub.
AzVision.az xəbər verir ki, görüşdə VI Bakı Qlobal Forumuna dünyanın bir çox ölkəsindən iştirakçıların qatıldığı diqqətə çatdırıldı və bunun tədbirə olan böyük marağın daha bir göstəricisi olduğu bildirildi.

Görüşdə Forumun artıq beynəlxalq platformaya çevrildiyi qeyd edildi, bu tədbir çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyəti vurğulandı.

AzVision.az


Teqlər: Mehriban-Əliyeva   ELPIDA   Marianna-Vardinoyannis  





Xəbər lenti