“Azəriqaz” bayramda gücləndirilmiş rejimdə çalışacaq

“Azəriqaz” bayramda gücləndirilmiş rejimdə çalışacaq
  15 Mart 2018    Oxunub:1455
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək gücləndirilmiş iş rejimində işləyəcək.
İstehsalat Birliyindən AzVision.az-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz istismar sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

AzVision.az


Teqlər: Qaz   SOCAR  





Xəbər lenti