ABŞ-ın Azərbaycandakı səfiri təqaüdə çıxır

ABŞ-ın Azərbaycandakı səfiri təqaüdə çıxır
  16 Mart 2018    Oxunub:1694
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə, daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxmağa qərar verib.
Bu barədə AzVision.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Səfir qeyd edir ki, onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirir.

Cənab Sekuta bildirir ki, Amerika Birləşmiş Ştatlarının səfiri olmaq onun üçün çox böyük şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir", - deyə məlumatda qeyd olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Səfir   Sekuta  





Xəbər lenti