Tramp Putinə qarşı: "Bu işin arxasında Rusiya durur"

Tramp Putinə qarşı: "Bu işin arxasında Rusiya durur"
  16 Mart 2018    Oxunub:2495
ABŞ prezidenti Donald Tramp “Skripal işi”ndə Rusiyanı ittiham edib.

AzVision.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp hesab edir ki, Sergey Skripalın zəhərlənməsinə Rusiyanın əli var.
"Görünən odur ki, bu işin arxasında Rusiya durur. Bu hadisə qəbuledilməzdir və biz bu məsələni ciddi hesab edirik", - deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya rəhbərliyi 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Moskva Londona adekvat cavab verəcəyini bəyan edib.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Rusiya  



Xəbər lenti