Kralın qızı həbs ediləcək - Xadiməni döyərək ayağını öpdürüb

Kralın qızı həbs ediləcək - Xadiməni döyərək ayağını öpdürüb
  16 Mart 2018    Oxunub:4994
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səudun qızı barədə həbs qərarı verilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Kralın qızı Hassa Parisdə yaşadığı lüks evində xidmətçini döydürüb.

İddiaya görə, Hassa mühafizəçilərinə yataq otağının fotosunu çəkən xadimənin döyülməsi əmrini verib. Onun tapşırığı ilə adı açıqlanmayan şəxs mühafiçilər tərəfindən döyülüb. Daha sonra onun əlləri bağlanaraq kralın qızının ayağını öpməyə məcbur edilib.

Məlum hadisədən polisə şikayət edilib. Polis mühafizəçiləri soğru-sual etdikdən sonra sərbəst buraxıb, Hassanın barəsində isə həbs qərarı çıxarılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti