Mərkəzi Bank 250 milyon cəlb edir

Mərkəzi Bank 250 milyon cəlb edir
  16 Mart 2018    Oxunub:1470
Martın 19-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.

AzVision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti