44 yaşlı erməni ABŞ-da cinayət törətdi, dərhal tutuldu

44 yaşlı erməni ABŞ-da cinayət törətdi, dərhal tutuldu
  16 Mart 2018    Oxunub:1307
Kaliforniyada qadını avtomobillə vuran və hadisə yerindən qaçan erməni saxlanılıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Qlendeyl şəhər polisinin yaydığı məlumata görə, 61 yaşlı qadın küçədə hərəkət edərkən qara rəngli avtomobil onu vurub. Sürücü hadisə yerində dayanmayaraq ərazini tərk edib.

“Chevrolet Equinox” markalı avtomobil hadisə yerindən bir qədər kənarda tapılıb. Onun sahibi 44 yaşlı Vano Astvatsatryan olub. O, dərhal həbs olunub və ona qarşı ittiham irəli sürülüb. Qəzada yaralanan xanıma tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Kaliforniya   Erməni  





Xəbər lenti