Lavrov təsdiqlədi: İngilis diplomatlar Rusiyadan çıxarılır

Lavrov təsdiqlədi: İngilis diplomatlar Rusiyadan çıxarılır
  16 Mart 2018    Oxunub:1466
Böyük Britaniyada Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın cinayət işi ilə bağlı 23 rusiyalı diplomatın bu ölkədən çıxarılmasına cavab olaraq Rusiya britaniyalı diplomatları ölkədən xaric edəcək.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiyalı nazir Britaniya səfirliyinin ölkədən çıxarılacaq əməkdaşlarının dəqiq sayını açıqlamayıb.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.

AzVision.az


Teqlər: Rusiya   Böyük-Britaniya  





Xəbər lenti