İkinci kənd investisiya layihəsi başladı - FOTOLAR

İkinci kənd investisiya layihəsi başladı - FOTOLAR
  16 Mart 2018    Oxunub:4698
Liderlik və Müəssisələrin İnkişafı üçün Şəbəkələşmə və Maliyyə vasitəsilə Azərbaycanda Kənd Qadınlarının İqtisadi Gücləndirilməsi Proqramı işə başlayıb.
Bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Azərbaycan Kənd İnvestisiya Layihəsi və Hindistanın Kudumbaşri layihəsinin uğurlu əməkdaşlığının nəticəsi olaraq 14 mart tarixində Masallı rayonunu Çaxırlı icmasında ilk qadın qrupu yaradıldı. 10 mart 2018-ci il tarixində Hindistanın Kerala ştatının Yoxsulluğun Azaldılması Missiyası tərəfindən həyata keçirilən Kudumbaşri layihəsinin “Yoxsulluğun Azaldılması və Qadınların Gücləndirilməsi” proqramınından olan bir qrup mütəxəssis AzKİL 2-yə 10 günlük səfərə gəlib. Bu əməkdaşlıq, məhz AzKİL əməkdaşlarının Hindistana təcrübə səfərindən sonra bir az da inkişdaf etmiş və bu 10 günlük səfər Hindistan və Azərbaycan hökumətləri arasında imzalanmış Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində Hindistanın Azərbaycandakı Səfirliyinin dəstəyi sayəsində baş tutmuşdur. Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi (AzKİL-2) Dünya Bankı tərəfindən dəstəklənən və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən bir layihədir.



Qadın qrupları qarşılıqlı dəstək, inam və birgə məsuliyyət prinsipi əsasında yaradılacaq. Qruplar əmanətləri bir yerə toplayacaq, kredit verəcək və qadın müəssisələrini təşviq edəcək. Bu təşəbbüs vasitəsilə qadınlara həm də maliyyə savadlılığı, sahibkarlıq, eləcədə qarşılaşdıqları problemlərin həll edilməsi yolları ilə bağlı təlimlər keçiriləcək.



Kudumbaşri layihəsindən gəlmiş ekspertlər AzKİL heyətinə təlim keçdilər və onlar birlikdə Masallı rayon İcra Hakimiyyətinin başçısı, eləcə də Masallı və Lənkəran rayonlarında Çaxırlı və Separadi kənd bələdiyyə sədrləri ilə görüşlər keçirdilər.



Yalnız qadınlar üçün təşkil edilmiş görüşlərdən sonra həmin kəndlər daxilində 7 qadın qrupunun yaradılmasına qərar verildi . Beləliklə də bu proqram, Çaxırlı icmasıda “Bahar” adlı ilk qadın qrupun görüşünün baş tutması ilə fəaliyyətə başlamış oldu. Tamamzər Behbudova qrupun sədi, Samirə Bağırova isə qrupun katibi seçildilər və qrup toplanacaq əmanətin məbləğinə və iclasların həftəlik olaraq keçirilməsinə dair razılığa gəldilər. Separadi rayonunda qadın qruplarının yaradılması 15 mart tarixinə planlaşdırılıb. Belə tədbirlər 17-18 mart tarixlərində Balakən rayonunun Qaysa icmasında da həyata keçiriləcək.



Bu model tədricən Azərbaycanın hər bir güşəsində yayılacaq və genişlənəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Hindistan   Azərbaycan  





Xəbər lenti