“Özümü yaxşı hiss etməyəndə ona zəng edirdim” - Mircavadov

“Özümü yaxşı hiss etməyəndə ona zəng edirdim” - Mircavadov
  17 Mart 2018    Oxunub:3097
Xəbər verdiyimiz kimi, bu gün "Neftçi" klubunun sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.

Veteran futbolçu ilə vida mərasimində futbol ictimaiyyətinin nümayəndələri, AFFA rəsmiləri, mərhumun ailə üzvləri iştirak ediblər.
Vida mərasimindən sonra B.Hacıyevin cənazəsi Keşlə qəbiristanlığında torpağa tapşırılıb.

Tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov həmkarı Böyükağa Hacıyevlə bağlı xatirələrini AzVision.az-la bölüşüb. O, Hacıyevin gülərüz, mərd insan olduğunu deyib.



“Əvəllər tez-tez görüşürdük. Axır 3 il yarım ərzində Məşqçilər Komitəsində bir yerdə çalışdıq. O, elə insan idi ki, sözü birbaşa adamın üzünə deyirdi. Az danışardı, amma yaxşı sözlər deyərdi. Tarixə düşən uğurları oldu. Öz üzərində çalışan məşqçi idi. Bir-birimizin hörmətini saxlayırdıq. Bəzən onun məzəli sözünə ehtiyac duyurduq. Özümü yaxşı hiss etməyəndə zəng edib Böyükağa ilə danışırdım. Birdən elə söz deyirdi ki, telefonda ikimiz də gülürdük. Dost kimi mərd insan idi. Hamının hörmətini saxlayırdı. Həmişə hazırcavab idi. Ona söz çatdırmaq mümkün deyildi. Şən təbiətli insan idi. Allah rəhmət eləsin. Onun ölümü futbolumuz üçün böyük itkidir”- Ağasəlim Mircavadov həmkarı ilə bağlı deyib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Böyükağa-Hacıyev   Ağasəlim-Mircavadov   Futbol   Məşqçi  





Xəbər lenti