BMT: 48 min insan Afrini tərk edib

BMT: 48 min insan Afrini tərk edib
  17 Mart 2018    Oxunub:1161
Son bir neçə gün ərzində Afrini 48 min nəfər tərk edib.
AzVision.az-ın məlumatına görə, bu barədə BMT-nin yaydığı hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Afrinin mərkəzində başladacağı əməliyyatdan öncə mülki şəxslərin tamamilə şəhərdən çıxacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az



Teqlər: Afrin   TSK   BMT  





Xəbər lenti