Los-Ancelesdə iki erməni güllələndi

Los-Ancelesdə iki erməni güllələndi
  17 Mart 2018    Oxunub:1354
ABŞ-ın Los-Anceles şəhərində iki erməni qətlə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə “Los Angeles daily News” məlumat yayıb.

Şəhər polisinin yaydığı məlumata görə, 47 yaşlı Akop Papazyan və 57 yaşlı Vardqes Mesropyan aldığı güllə yarası nəticəsində ölüb. Mesropyan hadisə yerində, Papazyan isə xəstəxanada keçinib.

Hələlik hadisənin baş vermə səbəbləri bilinmir. Polisin ehtimallarına əsasən, onlar hansısa dəstənin daxili hesablaşması nəticəsində qətlə yetirilib. Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: erməni  





Xəbər lenti