"Zeytun budağı" davam edir - 3567 terrorçu məhv edilib

"Zeytun budağı" davam edir - 3567 terrorçu məhv edilib
  17 Mart 2018    Oxunub:1465
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3567 terrorçu zərərsizləşdirilib.

200-dən çox yaşayış məntəqəsi nəzarətə götürülüb. Təkcə ötən gün ərzində Afrində 37 terrorçu məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Afrin   Terror   PKK  





Xəbər lenti