Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
  17 Mart 2018    Oxunub:1324
Böyük Britaniyanın Moskvadakı səfiri Lori Bristou Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb. İngilis diplomata Rusiyanın "Skripal işi" ilə bağlı etirazı çatdırılıb.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya rəhbərliyi 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Moskva Londona adekvat cavabın verəcəyini bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti