Rusiyadan cavab addımı: 23 diplomat ölkədən qovulur

Rusiyadan cavab addımı: 23 diplomat ölkədən qovulur
  17 Mart 2018    Oxunub:1619
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya səfirliyinin 23 əməkdaşını persona non-qrata elan edib və onlardan bir həftə ərzində ölkəni tərk etməyi tələb edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat yerləşdirilib.
Bundan əlavə, rəsmi Moskva Sankt-Peterburqda Böyük Britaniya Konsulluğunun açılmasına dair razılığı ləğv edib. Həmçinin Britaniya Şurasının fəaliyyəti onun statusu müəyyənləşdirilmədiyi üçün dayandırılır. Bildirilib ki, müvafiq prosedurlar beynəlxalq-hüquqi təcribə əsasında həyata keçiriləcək.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya rəhbərliyi 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti