Rza Zərrab Türkiyəni günahlandırdı - Təcavüz ittihamına cavab

Rza Zərrab Türkiyəni günahlandırdı - Təcavüz ittihamına cavab
  17 Mart 2018    Oxunub:1791
Nyu-Yorkda həbsdə olan Rza Zərrabının vəkilləri iş adamına qarşı irəli sürülən təcavüz ittihamı ilə əlaqədar məhkəməyə müraciət edib.
AzVision.az “Sözcü”yə istinadən xəbər verir ki, Zərrab ərizəsində baş verənlərə görə Türkiyə hökumətini günahlandırıb.

Müdafiə ərizəsində Zərrab qeyd edib ki, haqqındakı iddialar “xəyal məhsulu”dur:

“ABŞ hökuməti adına şahidlik edib, etirafçı oldum. İndi başıma bu işlər gəlir. Türkiyə etiraflarımın nələr ola biləcəyini yəqin edərək, bunun qarşısını almağa çalışdı. Türkiyə hökuməti mənim etirafçı olmaqdan çəkindirmək üçün bir çox işlər gördü. Məni etibarsızlaşdırdılar, cəzalandırdılar, bir çox işçimi və dostlarımı həbs etdilər. Mal varlığıma həbs qoydular”.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Rza-Zərrab   Türkiyə  





Xəbər lenti