Afrində öldürülən terrorçuların sayı 3569-a çatıb

Afrində öldürülən terrorçuların sayı 3569-a çatıb
  18 Mart 2018    Oxunub:1505
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3569 terrorçu zərərsizləşdirilib, 200-dən çox yaşayış məntəqəsi nəzarətə götürülüb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya  





Xəbər lenti