Putin yenidən Rusiya prezidenti seçildi - Yenilənib

Putin yenidən Rusiya prezidenti seçildi - Yenilənib
  19 Mart 2018    Oxunub:15758
Rusiyada seçici səslərinin 99 faizi sayılıb, hazırki prezident Vladimir Putin seçici səslərinin 76,65 faizini toplayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

***
Rusiyanın Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin yarıdan çoxunun hesablandığını bəyan edib.

AzVision.az xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, Vladimir Putin seçicilərin 75 faiz səsini toplayıb.

***
Rusiyada keçirilən prezident seçkilərinin nəticələri getdikcə dəyişir.

AzVision.az "RİA novosti" agentliyinə istinadən xəbər verir ki, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 40 faizi hesablanıb.

İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 74,22% səslə liderliyini davam etdirir.

***
(22:34)

Bu gün Rusiyada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

AzVision.az xəbər verir ki, Rusiyanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, artıq seçici səslərinin 21,33 faizi hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində 71,97 faiz səs toplayıb.

Putinin rəqibləri - Kommunist Partiyasından Pavel Qrudinin 15,9 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 6,96 faiz, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz, “Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski ilə 0,77 faiz, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin 0,62 faiz, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin 0,61 faiz, biznes ombudsmanı Boris Titov isə 0,59 faiz səs toplayıb.

Exit-poll nəticələrinə görə, bugünkü seçkidə Vladimir Putin 70 faizdən çox səs toplayaraq qələbə qazanıb.

***
(21:25)

Rusiyada keçirilən prezident seçkilərində 35 bölgədə səsvermə prosesi başa çatıb.

Yerli vaxtla 20:00-da seçki məntəqələri bağlanıb. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 19.00-dək seçici fəallığı 59,5 faiz olub.

***
(18:40)

Rusiyada prezident seçkilərində yerli vaxtla saat 17:08-ə olan məlumata görə, seçicilərin 51,9 faizi səs verib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası tərəfindən məlumat yayılıb.

***
(10:10)

Rusiya vaxtı ilə saat 8:00-da Moskva vilayətində prezident seçkisi ilə bağlı səsvermə başlayıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər veirr ki, vilayətdə səsvermə üçün 4239 seçki məntəqəsi seçicilərin ixtiyarına verilib.

Ümumilikdə Rusiyada səsvermə prosesi 22 saat davam edir. Seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

***
(00:24)

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkədə ilk seçki məntəqələri Çukotsk Muxtar Dairəsində və Kamçatka diyarında açılıb. Səsvermə Rusiya vaxtilə saat 08:00-dan 20:00-dək davam edəcək.

Qeyd edək ki, Rusiyada prezidentlik uğrunda hazırkı ölkə rəhbəri Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparır.

AzVision.az


Teqlər: Rusiya   Seçki  





Xəbər lenti