Nazirlik Elnarə Tofiqqızının ölüm səbəbini araşdıracaq

Nazirlik Elnarə Tofiqqızının ölüm səbəbini araşdıracaq
  03 Oktyabr 2013    Oxunub:1511
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm səbəblərinin araşdırılması məqsədilə həyat yoldaşı jurnalist Anar Niftəliyev bu gün Səhiyyə Nazirliyinə ərizə ilə müraciət edib.

Səhiyyə Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, müraciət bu gün nazirliyə daxil olub.

Onun sözlərinə görə, həmin məktuba əsasən baş mütəxəssislərin cəlb olunması ilə ölümün səbəbləri araşdırılacaq: “Araşdırmalar nəticəsində klinikanın bu əməliyyatı həyata keçirməyə ixtiyarının olub-olmaması, həkimin səhvinin nə dərəcədə olması və bu kimi digər məsələlər müəyyənləşəcək. Araşdırmanın nəticəsində sonra isə məsələ ilə əlaqədar müvafiq tədbirlər görüləcək”. (apa)


Teqlər:





Xəbər lenti