Rusiya millisi Bakıda səs verib - 1517 nəfər səfirliyə gəlib

Rusiya millisi Bakıda səs verib - 1517 nəfər səfirliyə gəlib
  19 Mart 2018    Oxunub:1963
Rusiyadakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində səsvermə keçirilib.

Səfirlikdən AzVision.az-a verilən məlumata görə, 1517 Rusiya vətəndaşı Bakıda səs verib.
Azərbaycanda səfərdə olan akademik avarçəkmə üzrə milli komandanın üzvləri səfirliyə gələrək, prezident seçkilərində iştirak ediblər.

Ümumilikdə Rusiyada prezident seçkiləri ilə bağlı 97 min seçki məntəqəsindən 400-dən çoxu xarici ölkələrdə açılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Azərbaycan   Seçki   Səfirlik  





Xəbər lenti