Putinə 56 milyondan çox insan səs verib

Putinə 56 milyondan çox insan səs verib
  19 Mart 2018    Oxunub:1231
Rusiyada səsvermə bülletenlərinin 99,84%-i artıq hesablanıb.
AzVision.az “Vesti-24”ə istinadən xəbər verir ki, hazırkı prezident Vladimir Putinin lehinə 76,66 % və ya 56 milyon 206 min 514 nəfər səs verib.

“Seçkilər maksimal şəkildə açıq olub və seçkilərin gedişi ilə maraqlanan istənilən şəxsin müşahidə aparması üçün müxtəlif imkanlar var idi”, - deyə Rusiya MSK-nın rəhbəri E.Pamfilova bildirib.

MSK sədri qeyd edib ki, ümumilikdə seçki məntəqələrində 474,5 min müşahidəçi və 10,5 min KİV nümayəndəsi olub. Bu da orta hesabla hər seçki məntəqəsinə 6-7 müşahidəçi deməkdir.

Qeyd edək ki, ötən gün Rusiyada keçirilən prezident seçkilərində 73 milyon seçici iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Seçki   Putin  





Xəbər lenti