Putin Bakıdakı seçkilərdə qalib gəldi

Putin Bakıdakı seçkilərdə qalib gəldi
  19 Mart 2018    Oxunub:1365
Ötən gün Rusiyadakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində səsvermə keçirilib.

Səfirlikdən AzVision.az-a verilən məlumata görə, 1517 Rusiya vətəndaşı Bakıda səs verib.
Səsvermə zamanı qayda pozuntusu ilə bağlı səfirliyə şikayət daxil olmayıb. Bakıda baş tutan seçkidə ən çox Vladimir Putin səs toplayıb.

Nəticələr: Vladimir Putin 1252 səs (83,3%), Pavel Qrudninin 119 səs (7,92%), Vladimir Jirinovski- 35 səs (2,33%), Kseniya Sobçak - 57 səs (3,79%), Qriqori Yavlinski - 17 səs (1,13%), Boris Titov – 11 səs (0,73%), Maksim Suraykin- 7 səs (0,47%), Sergey Baburin - 5 səs (0,33%).

Qeyd edək ki, Azərbaycanda səfərdə olan akademik avarçəkmə üzrə milli komandanın üzvləri Bakıdakı səfirliyə gələrək, prezident seçkilərində iştirak ediblər. Ümumilikdə Rusiyada prezident seçkiləri ilə bağlı 97 min seçki məntəqəsindən 400-dən çoxu xarici ölkələrdə açılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Seçki   Bakı  





Xəbər lenti