Tramp narkotacirlərin öldürülməsini istəyir

Tramp narkotacirlərin öldürülməsini istəyir
  19 Mart 2018    Oxunub:1058
ABŞ prezidenti Donald Tramp ölkədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə barədə plan irəli sürəcək.
Tramp plan çərçivəsində narkotik ticarəti ilə məşğul olanlara ən yüksək cəza kimi ölüm hökmünün tətbiq olunmasını təklif edəcək.

“Ədliyyə Nazirliyi narkotik vasitələrin ticarəti ilə məşğul olanlara qüvvədə olan qanunvericilik çərçivəsində ölüm hökmünün tətbiq edilməsinə nail olmağa çalışacaq”, - deyə Ağ evin nümayəndəsi Endryu Bremberq bildirib.

Ağ ev narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərə hansı şərtlərlə ölüm hökmü veriləcəyini dəqiqləşdirməyib.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti