Sarkisyan Putinə təbrik məktubunda Qarabağdan yazdı

Sarkisyan Putinə təbrik məktubunda Qarabağdan yazdı
  19 Mart 2018    Oxunub:1745
Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Rusiyada keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə hazırki ölkə rəhbəri Vladimir Putinə təbrik məktubu göndərib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təbrik məktubunda Sarkisyan Ermənistan və Rusiya əlaqələrindən, həmçinin regional məsələlərdən bəhs edib.

Ermənistan prezidenti Putinə ünvanladığı məktubunda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki roluna xüsusi diqqət ayırıb.

“Ermənistan həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə yönələn əhəmiyyətli və davamlı səylərini yüksək qiymətləndirir”, - deyə o, məktubda qeyd edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan   Putin  





Xəbər lenti