Putin rəqiblərini dialoqa çağırdı

Putin rəqiblərini dialoqa çağırdı
  19 Mart 2018    Oxunub:1562
Rusiyanın hazırki rəhbəri Vladimir Putin prezident seçkilərində rəqibi olmuş şəxsləri dialoqa çağırıb.
AzVision.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Putin prezidentliyə namizəd olmuş şəxslərlə görüşündə bildirib ki, gündəlikdə olan yaxşı işlərin reallaşdırılması və ölkənin üzləşdiyi çağırışların qarşısının alınması üçün bütün siyasi partiyaların və təşkilatların birləşməsi vacibdir.

“Bu, hər zaman asan olmur. Bununla belə, ölkənin uzunmüddətli milli maraqları üçün açıq və dürüst dialoqa ümid edirəm”, - deyə Putin qeyd edib.

AzVision.az


Teqlər: Putin   Rusiya  





Xəbər lenti