Ərdoğandan Novruz təbriki

Ərdoğandan Novruz təbriki
  20 Mart 2018    Oxunub:1636
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasını 21 Mart Dünya Novruz Günü ilə bağlı təbrik edib.

AzVision.az xəbər verir ki, Ərdoğan təbrik məktubunda Orta Asiyadan Balkanlara qədər geniş coğrafiyada keçirilən Novruzun yeni başlanğıcların, ümidin, qardaşlığın və həmrəyliyin bayramı olduğunu qeyd edib.
Türkiyə prezidentinin təbrikində deyilir: "Baharı müjdələyən Novruzun qardaşlıq və bərabərliyimizin daha da güclənməsinə səbəb olacağını arzu edirəm. Min illik qardaşlığımızın qlobal maraqların mübarizəsinə qurban verilməsinin istənildiyi bu həssas dövrdə millətimizin bütün üzvlərinin Novruzu mənasına uyğun şəkildə, sülh içərisində qeyd edəcəyinə inanıram. Bu düşüncələrlə baharın, bolluğun və bərəkətin bayramı olan Novruzun millətimizlə bərabər dünyadakı bütün qardaşlarımız üçün xeyirli olmasını arzu edirəm”.

AzVision.az


Teqlər: Novruz   Ərdoğan  





Xəbər lenti