Avropaya sığınanların sayı 50 faiz azalıb

Avropaya sığınanların sayı 50 faiz azalıb
  20 Mart 2018    Oxunub:1568
2017-ci ildə Avropa Birliyi ölkələrindən sığınacaq istəyənlərin sayı əvvəlki illə müqayisədə 50 faiz azalıb.
AzVision.azxəbər verir ki, bunu Avropa Komissiyasının daxili, miqrasiyavə vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos “Twitter” hesabında qeyd edib. O, bildirib ki, Avropa Birliyində miqrasiya ilə bağlı edilən işlər nəticə verir.

“2017-ci ildə sığınacaq istəyənlərin sayı 2016 ilə müqayisədə yüzdə 50 faiz azalıb və 2014-cü ildəki vəziyyətlə eynidir. Başqa sözlə, biz böhran öncəsi səviyyəyə qalxırıq "

Məlumata əsasən, 2017-ci ildə Avropa Birliyi ölkələrindən sığınacaq istəyənlərin sayı 650 min nəfər olub. 2016-ci ildə belə müraciətlərin sayı 1,2 milyon idi. Avrostatın məlumatına əsasən, sığınacaqla bağlı ən çox sorğu 2015 və 2016-cı illərdə gəlib.

AzVision.az


Teqlər: AB   DimitrisAvramopulos   sığınacaq  





Xəbər lenti