Silahla məktəbə gedərək iki şagirdi güllələdi - Yenilənib

Silahla məktəbə gedərək iki şagirdi güllələdi - Yenilənib
  21 Mart 2018    Oxunub:1627
ABŞ-ın Merilend ştatındakı məktəbdə baş verən silahlı insidentdə şübhəli bilinən şəxs həmin məktəbin şagirdi olub.
Bu barədə xarici KİV-lər Sent-luis dairəsinin şerifi Tim Kemerona istinadla məlumat yayıblar.

Məlumata əsasən, cinayətkar səhər satlarında məktəbə daxil olaraq odlu silahla iki şagirdi yaralayıb. Polis əməkdaşları ilə atışmada o, özü də xəsarət alıb.

***
ABŞ-ın Merilend ştatında məktəbdə silahlı insident baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerində xeyli sayda yaralının olduğu bildirirlər.

Məlumata əsasən, hadisə Qreyt Mills məktəbində baş verib. Valideynlərə uşaqları dərsə gətirməmək tapşırılıb.

AzVision.az


Teqlər: ABŞ   məktəb  





Xəbər lenti