Tramp Putini təbrik edib - Yenilənib

Tramp Putini təbrik edib - Yenilənib
  20 Mart 2018    Oxunub:1838
ABŞ prezidenti Donald Tramp Rusiyada keçirilən prezident seçkilərində qələbə münasibətilə Vladimir Putini təbrik edib.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Dövlət başçıları, həmçinin dünya siyasətinin aktual məsəllərini müzakirə ediblər. Prezidentlər Suriyadakı vəziyyəti və Ukrayna münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıb, habelə Koreya yarmadası ətrafında gərginliyin azaldılmasından məmnunluqlarını ifadə ediblər.

“Bütövlükdə danışıq konstruktiv, işgüzar xarakter daşıyıb və Rusiya-Amerika münasibətlərində yığılıb qalmış problemlərin aradan qaldırılmasına istiqamətlənib”, - Kremlin mətbuat xidmətindən bildirilib.

AzVision.az


Teqlər: Putin   Tramp  





Xəbər lenti