Polad Bülbüloğlu Rusiya XİN-nə çağırıldı – “Skripal işi”nə görə (VİDEO)

Polad Bülbüloğlu Rusiya XİN-nə çağırıldı – “Skripal işi”nə görə (VİDEO)
  21 Mart 2018    Oxunub:34053
Rusiyada akkreditasiyadan keçən diplomatik nümayəndəliklərin rəhbərləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, səfirlərin iştirak etdiyi görüşdə Böyük Britaniyada, Solsberi şəhərində Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı vəziyyət müzakirə olunub.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün bildirmişdi ki, görüşə bütün xarici ölkələrin səfirləri dəvət olunub. Böyük Britaniyanın Rusiyadakı səfiri isə görüşə gəlməkdən imtina edib.

Rusiyanın Birinci telekanalının yaydığı videomaterialda Azərbaycanın Moskvadakı səfirliyinə məxsus avtomobilin görüşün keçirildiyi ərazidə olduğu görünür.

Məlumata görə, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu XİN-də təşkil olunan görüşdə iştirak edib.





Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya rəhbərliyi 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti