NATO-nun Ali Baş Komandanı Gerasimovla görüşmək istəyir

NATO-nun Ali Baş Komandanı Gerasimovla görüşmək istəyir
  21 Mart 2018    Oxunub:1303
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti arasında telefon danışığı olub.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı Skaparotti Gerasimova görüş keçirməyi təklif edib. Gerasimovun görüşün keçirilməsi barədə təklifi dəstəklədiyi bildirilib. Hələlik görüşün harada və nə vaxt keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, bu ilin yanvarında ABŞ-ın "BuzzFeed" saytı ABŞ və Avropa İttifaqındakı anonim mənbələrə istinadən NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı K. Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi V. Gerasimovun Bakıda görüşəcəyi barədə məlumat yaymışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti