Fənn olimpiadalarının yarımfinalı keçiriləcək
Şagirdlər iştiraklarının təsdiqi üçün www.olimpiada.edu.az saytında qeydiyyatdan keçməli və buraxılış vərəqələrini əldə etməlidirlər. Qeydiyyat prosesi martın 29-dək davam edəcək. Qeydiyyatla bağlı hər hansı bir problem yaranarsa, yerli təhsili idarəetmə orqanlarına və ya [email protected] elektron poçtuna müraciət edilməsi xahiş olunur.
Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1419, coğrafiya fənni üzrə 1458, riyaziyyat fənni üzrə 1067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430, informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
Teqlər: Fənn-Olimpiadaları Təhsil-Nazirliyi