ABŞ Konqresində Qarabağa pul ayrılması təklif olundu

ABŞ Konqresində Qarabağa pul ayrılması təklif olundu
  22 Mart 2018    Oxunub:3111
ABŞ Konqresində Ermənistana və işğal altında olan Dağlıq Qarabağa maddi yardımın edilməsi müzakirə olunub.
AzVision.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.

Konqresmen Bred Şerman ABŞ Konqresinin Xarici İşlər Komitəsinin iclasında Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinə çıxış ünvanlayaraq Türkiyənin və Azərbaycanın blokadada saxladığı Ermənistanın, Dağlıq Qarabağın, Gürcüstanın cənub bölgəsi olan Samsxe-Javaxetiyanın yardıma ehtiyacı olduğunu bildirib. O, bununla bağlı həmkarları tərəfindən Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinə məktub göndərdiklərini vurğulayıb.

Həmçinin, Ermənistana yardımın həcminin 60 milyona çatdırılması məqsədilə 37 konqresmen həmkarlarına müraciət ünvanlayıb.

Konqresmenlər, xüsusilə Ermənistana 30 milyon dollar iqtisadi, 10 milyon ABŞ dolları məbləğində hərbi yardım, 20 milyon dollar isə Yaxın Şərqdən gələn erməni qaçqınların qəbul edilməsi və yerləşdirilməsinə dəstək üçün ayrılmasını təklif ediblər.

Konqresmenlər Azərbaycana ayrılan istənilən yardımı dayandırmaqla, ərazilərin minalardan təmizlənməsi və atəşkəsin pozulmasını qeydə alan cihazların əldə edilməsi və quraşdırılması məqsədilə işğal altında olan Qarabağa 10 milyon dollar məbləğində yardımın edilməsini xahiş ediblər.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: ABŞ   Qarabağ   Konqres  





Xəbər lenti