Bazar bombardman edildi: 28 ölü, 26 yaralı

Bazar bombardman edildi: 28 ölü, 26 yaralı
  23 Mart 2018    Oxunub:1377
Suriyanın İdlib şəhərində yerləşən bazar bombardman edilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hava hücumu zamanı bazarda xeyli sayda insan ölüb.

Məlumata görə, azı 28 mülki şəxs həlak olub, 26 nəfər isə yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Ümumilikdə, son iki həftə ərzində İdlib və Hama bölgələrinə endirilən hava zərbələri 84 insanın ölümünə, 88 nəfərin isə yaralanmasına səbəb olub. Hücumların Rusiyaya məxsus qırıcılar tərəfindən həyata keçirildiyi iddia edilir.

AzVision.az



Teqlər: Suriya   Bazar  





Xəbər lenti