Ərdoğan anons verdi: Növbəti hədəf İdlib və Membiçdir

Ərdoğan anons verdi: Növbəti hədəf İdlib və Membiçdir
  23 Mart 2018    Oxunub:3589
"Ötən axşam ABŞ prezidenti Donald Trampla Suriyadakı məsələləri, terrorçuluğa qarşı mübarizəni müzakirə etdik. İki gün öncə Rusiya prezidenti Vladimir Putinlə də bu məsələləri müzakirə etmişdik".
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirb ki, terrorçulardan azad edilən Afrində geniş əməliyyatlar davam edir: "Afrinlə bağlı məsələni, demək olar ki, bitirmişik. Amma bu məsələlər Afrinlə yekunlaşmayacaq. İdlib var, Membiç var. Oralarda da haqq-ədalət yerini tutana qədər yolumuza davam edəcəyik. Türkiyə terrorizmə qarşı mübarizəni davam etdirəcək".

Ərdoğan qeyd edib ki, indiyə qədər 3700-dən çox terrorçu zərərsizləşdirilib.

AzVision.az


Teqlər: Türkiyə   R.T.Ərdoğan   Prezident  





Xəbər lenti